Xəbərlər



Dəstəkçi platforması olaraq daha bir layihənin reallaşmasında rolumuz olduğu üçün sevincliyik

Layihə Avropa Ittifaqı tərəfindən maliyyələşdirilən EU4Youth – Gənclərin cəlb edilməsi yol xəritələri layihəsinin tərkib hissəsi olan Policy Lab (Siyasət laboratoriyası) layihəsi çərçivəsində həyata keçirilir.


Layihənin məqsədi Təhsildə Sosial Sahibkarlıq məlumatlılığının artırılması və təbliğ edilməsidir.


Layihə çərçivəsində “3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” də müəllim və şagird kollektivi ilə görüş keçirildi. Görüşdə müəllimlər və şagirdlər üçün hazırlanmış sorğu cavablandırıldı. “Sosial Sahibkarlıq nədir?” “Sosial Sahibkar kimdir?” sualları ətrafında müzakirə aparıldı.


Sonda “Dance Ability Azerbaijan” şirkətinin qurucusu Nigar Sultanova öz fəaliyyəti, Sosial sahibkarlıq yolu haqqında çıxış etdi.


Layihələrə öz dəstəyini göstərən bizim dəyərli Dəstəkçilərimizdir. Bu dəfə ki, dəyərli Dəstəkçimiz sosial sahibkar , Dance Ability Azerbaijan -İnkluziv Rəqs Platformasının təsisçisi əziz Nigar xanım Sultanova oldu. Dəstəkçi platforması adından öz bilik və bacarıqlarıq və təcrübələrini cəmiyyətin faydası üçün istifadə etdiyinə görə və layihəyə dəstəyinə görə çox təşəkkür edirik.


Layihə sahibləri dəyərli Reyhan Həmidova və Sabina Məmmədovaya belə faydalı bir layihə ərsəyə gətirdiklərinə görə və daha yaxşı bir cəmiyyət üçün töhvələrindən dolayı öz təşəkkürümüzü bildiririk.