Xəbərlər



2handbooksforeco – Dəstəkçinin dəstəyi ilə növbəti layihə reallaşdı.

2handbooksforeco layihəsi 01.04.2022 tarixində başlamış 02.06.2022 tarixində sona çatmışdır.


Layihəyə rəhbərliyi, Dəstəkçinin dəstəyi ilə Azərbaycan Dövlət Neft və Sənaye universitetinin tələbəsi Həcər Abbasova gerçəkləşdirmişdir.


Layihənin əsas məqsədi ikinci əl kitabların satışını gerçəkləşdirib, onlardan əldə olunan gəliri 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə aztəminatlı ailələrdə yaşayan uşaqları sevindirmək idi.


Layihədəki hədəflərimiz: kağız israfının qarşısını almaq, ikinciəl kitabların satışını genişləndirmək və uşaqların üzlərində təbəssüm yaratmaq idi.


Bu layihə çərçivəsində Alatoran və Mimta Yayınevlərin dəstəyi ilə 25 kitab əldə edilmişdir. bu Kitablar Bakı şəhərinin Lökbatan və Hövsan qəsəbələrində uşaqlara paylanmışdır.


Ümumilikdə 112 kitab yığılmışdır.47 kitab satışa çıxarılmışdır və 187 manat 60 qəpik pul toplanılmışdır.

25 nəfər uşağın hər birinə kitab hədiyyə olunmuşdur və bu da ümumilikdə 25 kitab edir.


Bundan əlavə üç məktəbli uşağa da bu layihə çərçivəsində hər birinə dəyəri 60 azn olmaqla məktəb ləvazimatları hədiyyə olunmuşdur.


Dəstəkçi komandası olaraq kampaniyaya dəstək verdiyinə və uşaqların sevincinə bizimlə birlikdə şərik olduğuna görə Alatoran və Mimta Nəşriyyatlarına çox təşəkkür edir və minnətdarlığımızı bildiririk.


“1 iyun- Beynəlxalq Uşaqlar Günü münasibəti ilə layihəminiz tərkibində balaca dostlarımıza kitab hədiyyə etdik. Bu fəaliyyəti həyata keçirməkdə bizə dəstək olan Dəstəkçi komandasına, əsasən Etibar Xıdırov ‘a çox təşəkkür edirik. Onun köməyi ilə bizə kitab hədiyyə edən Alatoran Yayınları və MİMTA yayımları ‘na da çox təşəkkür edirik”-


Həcər Abbasova-Layihə rəhbəri