Xəbərlər



“Velo Bərbər” sosial sahibkarlıq layihəsi öz Dəstəkçilərini taparaq reallaşdı.

Dəstəkçi platforması vasitəsilə “Velo Bərbər” sosial sahibkarlıq layihəsi öz Dəstəkçilərini taparaq reallaşdı.


Velo (Səyyar) Bərbər layihəsi Xaçmaz rayonunda fəaliyyət göstərir və sağlamlıq imkanları məhdud və digər səbəblərdən salon xidmətindən yararlana bilməyən vətəndaşlara (qocalar, uşaqlı qadınlar, balaca uşaqlar və digərləri) səyyar şəkildə evində gözəllik və bərbər xidmətləri göstərməkdir.


Layihə sahibi Leyla xanım səyyar fəaliyyət göstərməkdən əlavə fiziki salon olaraq da vətəndaşlara gözəllik xidmətləri təmin etmək üçün məkan açdı və həmin salonun bəzi lazımi avadanlıq və xərclərini qarşılamaq üçün Dəstəkçi platformasına müraciət etdi.


Layihəyə 9 iştirakçının dəstəyi ilə ümumi 477 manat dəstək toplandı.

Toplanan dəstəyin hara və nə qədər xərcləndiyini aşağıda qeyd olunub.


Velo Bərbər (Xaçmaz rayonu)

Ümumi yığılan dəstək – 477 AZN

Dəstəkçilərin sayı – 9 nəfər


Xərclər:

– Təmir xərcləri – 130 AZN

– Şampunlar, keratin, balzam və rəngləndiricilər – 200 AZN

– Qayçılar, Dırnaq ləvazimatları, dəsmallar – 50 AZN

-Şüşə vinil – 30 AZN

– Dəsmal asan, qızdırıcı elektik peçi, tava, traynik – 65 AZN


“Layihəmlə bağlı bəzi salona lazımi bəzi resursların qarşılanması üçün Dəstəkçi platformasına müraciət etdim. Və ümumilikdə 477 manat dəstək toplandı. Bu yığılan dəstəklə mən salonumu həm təmir edə bildim, həm də salon üçün lazımi avadanlıqlar ala bildim şampunlar, dırnaq ləvazimatları və digər ləvazimatlar.Dəstəyə görə həm Dəstəkçi platformasına , həm də dəstək göstərən bütün Dəstəkçilərə çox təşəkkür edirəm, minnətdaram “

Leyla Novruzəliyeva – layihə rəhbəri

 

Layihəyə öz dəstəyini göstərən hər bir Dəstəkçiyə çox təşəkkür edirik.