Xəbərlər



“EU4Youth Alumni Network” – Dəstəkçi ilə dəstək toplanıb reallaşan ilk layihə

12 mart 2022-ci il tarixində Baku Community Space -də Avropa İttifaqının maliyyə dəstəyi ilə, Şərq Tərəfdaşlığı ölkələrində “Salto Youth” təşkilatçılığı ilə baş tutan “EU4Youth Alumni Network” layihəsi çərçivəsində Layihələrin idarə olunması üzrə beynəlxalq PMP(Project Management Professional) sertifikatına sahib layihə meneceri, təlimçi Tural Həsənovun təqdimatında “Layihələrin idarə olunması” təlimi baş tutdu. Layihənin məqsədi, əsasən, gənclərin karyera istiqamətində üzləşdiyi çətinliyi aradan qaldırmaq üçün onlara mentor dəstəyi göstərməkdir. Hədəf qrupu tələbə və yeni məzun olmuş gənclərdən təşkil olunub.


8 mart tarixində Dəstəkçi platformasında layihə rəhbəri Reyhan Həmidova tərəfindən yerləşdirilən layihənin ehtiyacı layihə çərçivəsində həyata keçiriləcək növbəti “Layihələrin idarə olunması” üzrə təcrübəsi olan və gənclərin inkişafı və layihə yazılması və idarəedilməsi bacarıqlarının artırılmasında öz töhfəsini vermək istəyən təlimçi dəstəyi idi.


Layihə yerləşdiriləndən bir neçə gün sonra Layihələrin idarə olunması üzrə beynəlxalq PMP sertifikatına sahib layihə meneceri, təlimçi Tural Həsənov platforma üzərindən layihə ilə tanış olub öz dəstəyini göstərdi. Təlimdə Tural bəy tərəfindən iştirakçılara PMİ (Project Management İnstitute) metodologiyasına əsasən layihələrin idarə olunmasında layihələrin təyinatı, təsnifatı, layihənin həyat dövrü və mərhələləri, layihənin büdcənin, zamanın, maraqlı tərəflərin idarə olunması və mövzular barədə dəyərli məlumatlar çatıdırıldı.


Dəstəkçi komandası olaraq Tural bəyə gənclərə dəstək olduğuna və bu sosial layihəyə dəstəyinə görə çox təşəkkür edirik!

 

Dəstəkçi platforması vasitəsi ilə bizə lazım olan təlimçini tapdıq. Təlimçimiz Tural Həsənov işinin peşəkarıdır. Bizimlə layihə müddətində öz təcrübələrini və biliklərini bölüşdü. İştirakçılarımız üçün çox məhsuldar bir görüş keçdi. Həm Dəstəkçi platformasına, həm də təlimçimizə dərin təşəkkürümüzü bildiririk“.


Layihə rəhbəri: Reyhan Həmidova